Nurengiz Gun  International Prize

Felice di aver ricevuto questo prestigioso Premio, che mi porta a riflettere  quanto la letteratura e la cultura in generale rappresentino un valore per tanti Paesi a noi poco conosciuti, come ad esempio per l’Azerbaijan

Di seguito le mie poesie tradotte e pubblicate nell’antologia e alcune immagini.

Laura Qaravaqlia – 1956-cı ildə Milanda anada olub. Komoda

yaşayır. Şair, jurnalist, Komo Poeziya Evinin qurucusu

və rəhbəri, “Şeirsəl Avropa” / ”Europa in Versi” Beynəlxalq

Poeziya Festivalının direktorudur. Uzun müddət “Il Giornale”,

“Il Corriere di Como”, “L’Ordine” qəzetlərinin mədəniyyət

əlavələri və şöbələri ilə əməkdaşlıq edib. “Həyat fraqmentləri”,

“Kəpənəklər və daşlar”, “Qoz ləpəsinin simmetriyası”,

“Yuxarı axınlar” ,”Əşyaların diriliyi”, “Saylar və ulduzlar” adlı

şeir kitablarının müəllifidir. Türk, yapon, rumın, alban, serb,

macar, Ukrayna və b. dillərdə kitabları nəşr edilib. Bütövlükdə

əsərləri onlarla dilə çevrilib, nüfuzlu jurnal və ədəbiyyat saytlarında

yer alıb. Mario Luzi, Antonio Fogazzaro ədəbi ödüllərinə,

habelə 2017-ci ildə üzvü olduğu Avropa Elm, Sənət və

Ədəbiyyat Akademiyasının mükafatına layiq görülüb. İtaliya

və İtaliya–İsveçrə PEN təşkilatlarının, Dünya Şeir Hərəkatının

üzvüdür.

Laura Qaravaqlianın milliyətindən asılı olmayaraq bütün

insanlığa, onun problemlərinə qarşı həssas olan poeziyası,

eyni zamanda vərdiş etdiyimiz gündəlik hadisələrə elmi yanaşma

ilə fərqlidir, orijinaldır.

68

Hər vaxtınız xeyir. Mən Laura Qaravaqliayam. İtalyanam.

Şair və jurnalist, Komo Poeziya Evinin / La Casa della Poesia

di Como qurucusu və prezidenti, “Şeirsəl Avropa” / ”Europa

in Versi” Beynəlxalq Poeziya Festivalının direktoruyam.

Azərbaycanlı oxucuları salamlayıram, şeir, bütünlükdə

ədəbiyyat naminə bu mədəni mübadiləni alqışlayıram. Hesab

edirəm ki, poeziya daha yaxşı dünya üçün insanlar arasındakı

etibarlı körpülərdən biridir. Çox şadam ki, görkəmli Azərbaycan

şairəsi Nurəngiz Günün adı ilə bağlı bu mükafatı ilk alanların

sırasındayam və bu mənim üçün böyük şərəfdir.

Mükafatın təqdimetmə mərasimində

Laura Qaravaqlianın çıxışı

69

Barışıq olmayacaq” dedin mənə

“Barışıq olmayacaq” dedin mənə

Və sonra yuxarı baxdın.

Amma peşmanlıq içimi yandırır,

Qibtə caynaqlarını bədənimə sancır.

Alma və çörək olsaydı,

eşqi ağızdolusu dişlərdim,

doldurardım mədəmi.

Kədərin kvant dalğaları üstümüzdə dolaşarkən

qoz ləpələri qədər bərabər paylaşılmaq

və yaxın olmaq hələ də mümkündür.

Laura Qaravaqlianın şeirləri

70

Həyatı yalayır zaman

Həyatı yalayır zaman,

dərisini qatı damlalarla əridir.

Bəzən iz buraxır,

ləkələr solur sonradan.

Günün artıq-urtuğunu toplayıram yerdən,

ətini sümüyəcən ayırıram sözlərdən,

iliyini sümürürəm bacardığım qədər.

Qoz ləpəsinin simmetriyası kitabından

(“Edizioni Stampa”, 2009, 2014)

71

İndiki zaman

Günün sınma nöqtələrində

sən də kainatın xətlərini axtarırsanmı?

Minaçiçəyi olan güldanla pəncərə arasındakı

ən uca nöqtədədirsə günəş,

nədən dəyişir günorta kölgələr pilləkəndə

bu yoxluqda?

Bəlkə, çəmənlikdəki işıq konusu

gələcək və keçmiş arasnda nəyisə qarışdırır,

və indiki zamanı saraldır?

 

Bəzən axırda…

Bəzən axırda

bir qədəh şərab içərkən

qalan kim, gedən kim bilmədən

qəhvə falında kədəri sezirəm.

Bədəninin ən çox

sözlərə şəkil verən,

Yer üzü ilə bəslənən

o ağzını sevirəm.

Yuxarı axınlar kitabından,

(Editore CFR,2013)

73

Analar

2017-ci ilin avqustunda Barselonadakı terakt zamanı

qətl edilmiş gənclərin xatirəsinə

Sənə səslənirəm

qadın və ana kimi.

Çünki sən də ana və qadınsan,

sən də xəyal qurmadan yaşamaq,

ağrının zülmətində yürümək nədir

bilirsən, anlayırsan.

Hə, sənə də tanışdır, mənə də

içindən yıxılmaq,

qızmar yay günü oğlunu itirmək,

ətrafda həyat çağlarkən,

işıq gündüzü uzadarkən

ölüm bərabərində addımlayırdı,

və sən ona toxuna bilmirdin.

Bəli, sən də bilmirdin, mən də,

bu bəyaz yolda

əski bir kinin qəzəblə

iki həyata necə son qoyduğunu.

İyirmi yaşında, günəş altında ölmək

çox adi və dəhşətlidir.

Oğlun uzaqdaydı və döndüyü zaman

necə dəyişdiyinin fərqindəydin.

Amma bilirdin, mən də bilirdim:

Tanrı adına öldürmək

boşluqda quyu qazmaq kimi bir şeydir.

İndi hər şey artıqlamasıyla…

Hər şey həqiqətdən uzaq…

Ən sevdiyimiz otaqlar qaranlıqda.

Cavabsız qalmış suallar ürəyi didir.

Xatirələr bizi yeyib bitirir.

74

Poeziya

Bəzən sözlər gözə çevrilərlər –

Dünyaya məşəl kimi zillənərlər:

Dərinliklərdə fərqli uzaqlar taparlar;

Amma bəzən də havadan asılı qalarlar,

Və baxa bilməzlər həyatın künc-bucağına.

Amma indi sözlər işıq şüalarında

uçuşan toz kimidirlər.

Əşyaların diriliyi” kitabından,

(“Puntoacapo Editrice”, 2020)

75

Yusif

Yusif anasının yanında, yerdən yarıuzalı oturmuşdu.

Günəşin şüası uşağın gözünü qamaşdırır.

Səhərdən göydə bir şimşək, bir partlayış vardı:

bəlkə, bir fırtınaydı, amma yağışsız bu fırtına

torpağı yeraltı sularda batırırdı.

Müharibə – mənanın sərhədini yıxır ilk əvvəl.

Bəlkə, bir oyundu,

anası əllərini qarnı üstündə çarpazlayıb uzanmışdı,

neçə saatdı ki durmurdu.

Bu yoxsul evin əşyaları da yox oldu yerin altında.

Yusif qanlı qum dağlarından o yanda

qardaşının və atasının qətl edildiklərini bilmirdi.

Anası mərhəmət dolu nağıllar danışardı həmişə.

Anasının səsini gözləyir Yusif.

Tərcümə: Səlim Babullaoğlu, Nikola Verderam